Elektron Müqavilə

Elektron Müqavilə

1.MÜQAVİLƏNİN PREDMET

1.   1. “Satıcı” bu Müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında və müddət ərzində bu müqavilədə göstərilmiş mal (bundan sonra “Mallar” adlandırılan) ilə “Alıcı”nı təhciz etməyi, “Alıcı” isə bu Müqaviləyə əsasən mal və  xidmətlərinin  dəyərini “Satıcı”ya ödəməyi öz öhdəsinə                    götürür.

 

 2.SATICI MƏLUMATLARI

Adı : BS-AVTOMATİKA MMC

Ünvanı : Bakı Sumqayıt şossesi 6 km, Masaır dairesinin yanı

Telefon : +994 55 225 75 94

Eposta : info@bs-avtomatika.com

  3. ALICI MƏLUMATLARI

Adı : __________________

Ünvanı : __________________

Telefon : __________________

Eposta : __________________

  4. MAL VƏ AVADANLIQLAR HAQQINDA MƏLUMATLAR

     4.1.  “Satıcı” mallara istehsalçının irəli sürdüyü şərtlər daxilində malların təhvil verildiyi gündən 12 (on iki) ay müddətində zəmanət verir.

     4.2. Malların keyfiyyətini təsdiq edən sənəd malların istehsalçısı tərəfindən tərtib edilmiş və mallar “Alıcı”ya təhvil verilərkən təqdim edilən Keyfiyyət sertifikatıdır.

     4.3. Əgər zəmanət müddəti ərzində malda istehsal və ya xam maldan irəli gələn qüsurlar çıxarsa, yaxud həmin müqavilənin şərtlərinə uyğunsuzluğu aşkar edilərsə, “Alıcı” belə  məlumatı qüsur və çatışmalıq aşkar edildiyi tarixdən 3 (üç) iş  günü müddətində “Satıcı”ya yazılı                         məlumat verməlidir. Hər iki tərəfin iştirakı ilə ehtimal olunan qüsurlara baxış keçirilir və  həqiqətən də qüsur aşkar edildiyi təqdirdə həmin qüsurun nədən ibarət olmasına dair tərəflərin hər          ikisinin         nümayəndəsinin iştirakı ilə Qüsur Aktı tərtib edilir. “Satıcı” tərəflərin             hər iksinin tərtib etdiyi Qüsur Aktının tərtib edildiyi tarixdən 30 (otuz) gün ərzində həmin qüsurları aradan qaldırmaq üçün lazımi ehtiyyat hissələrini  təmənnasız olaraq göndərəcəkdir. Ehtiyyat hissələrin dəyişdirilməsi “Satıcı”nın özü tərəfindən həyata keçiriləcəkdir. Tərəflərin             hər iksinin tərtib etdiyi Qüsur Aktı olmayan iddialar “Satıcı” tərəfindən baxılmayacaq və ehtimal edilən həmin nöqsan  və  qüsurların nəticələri “Satıcı” tərəfindən aradan qaldırılmayacaq. “Alıcı” dəyişdirilmiş ehtiyyat hissələrini “Satıcı”ya geri  qaytarmalıdır.

     4.4. Malların texniki xarakteristikası, növü, çeşidi, tərkibi, ölçü vahidi, miqdarı və  qiymətləri “Alıcı” tərəfindən saytdan seçilir və etdiyi onlayn sifariş ilə müəyyən olunur.

 

 

 

   5. TƏRƏFLRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

    5.1. Saytdan seçilmiş Malları üçüncü şəxslərin hüquqlarından azad şəkildə Müqavilə ilə müəyyən edilmiş müddətdə və çeşiddə “Alıcı”ya təhvil vermək;

    5.2. Saytdan seçilmiş Malları Müqaviləyə uyğun təmin edildikdə onun qəbul edilməsini “Alıcı”dan tələb etmək;

    5.3.  “Alıcı”dan müqavilə üzrə digər öhdəlikləri yerinə yetirməyi tələb etmək;

    5.4. Müqavilə şərtlərinə uyğun keyfiyyətə malik Malları qəbul etmək;

    5.6. Müqavilə ilə üzərinə düşən digər öhdəlikləri yerinə yetirmək;

    5.7. “Satıcı” “Alıcı”ya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, “Satıcı”dan çatışmayan miqdarda əşya verilməsini tələb etmək.

    5.8.”Alıcı” “Satıcı”ya aid internet saytinda seçdiyin malların ödəniş və təhvil təslim formasını,malın ümumi xarakteristikasını saytda qeydolunan məlumatları qəbul etməklə , onlayn olaraq elektron müqaviləni qəbul etmiş sayılır.

    5.9. Alıcı ilkin məlumatları elektron şəkildə qəbul edir, məsafədən alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl Satıcı tərəfindən Alıcıya veriləcək ünvanı, sifariş edilən məhsulların əsas xüsusiyyətlərini, o cümlədən məhsulların qiymətini  qəbul edir, bəyan edir və öhdəlik götürür.

 

     6. MÜQAVİLƏNİN  QİYMƏTİ VƏ HESABLAŞMA QAYDASI

      6.1. Tərəflər arasında bu Müqavilə üzrə hesablaşmalar Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydasında manatla həyata keçirilir.

      6.2. “Alıcı” Malları seçdikdən həmən sonra saytda qeyd olunan hesaba ödənişini tamşəkildə etməlidir.

      6.3.Malların hər vahidinin qiyməti, istehsalçı tərəfindən dəyişildikdə, infilyasiya prosesləri, qiymətlərin mövsümü dəyişməsi, bazarın konyukturasının dəyişməsi ilə ələqədar olaraq, Tərəflərin qarşılıqlı razılaşması əsasında dəyişdirilə bilər və bununla bağlı yenilənmiş qiymət                         saytda  qeyd olunur.

 

      7.  MAL VƏ XİDMƏTLƏRİN TƏHVİL-TƏSLİMİ

     7.1. Dəyəri (vergi daxil) 1000.0 (bir min) manatdan yuxarı olan malların təhvil-təslimi Bakı, Sumqait şəhərlərində, həmçinin Abşeron yarımadasında  “Alıcı” müəyyən etdiyi çatdırılma məntəqəsində həyata keçirilir və çatdırılma xərcləri  “Satıcı”nın hesabına qarşılanır, digər rayonlara isə hər bir km üçün  1 manat heasablanır.

       7.2. “Satıcı”nın anbarında və ya “Alıcı”nın təyin etdiyi ünvanda Malların “Alıcı”ya təhvil verdiyi gün “Satıcı”nın öz öhdəliklərini icra etdiyi gün hesab olunur. Həmin tarix Malların təhvil-təslimi barədə aktla təsdiqlənir.

8. FORS MAJOR HALLAR.

 

8.1. Tərəflərdən hər hansı qarşısıalınmaz qüvvənin («fors major»un) təsiri nəticəsində bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərini qismən və ya tam şəkildə icra edə bilmədiyinə görə məsuliyyətdən azad olunur.

     8.2. Tərəflər qarşısıalınmaz qüvvə hallarının mövcud olması kimi aşağıdakı fövqəladə xarakterli hadisələri başa düşürlər: təbii fəlakətlər (zəlzələ, daşqın, sel, torpaq sürüşməsi və s.) yanğın, hərbi əməliyyatlar, bu Müqavilənin icrasını              qeyri-mümkün edən dövlət hakimiyyəti və ya idarəetmə orqanlarının qəbul etdiyi hüquqi aktları, texniki qəzalar və nasazlıqlar, tərəflərin sərəncamında olan qüvvə və vasitələrlə qarşısı alına bilinməyən digər gözlənilməz hadisələr.

     8.3.  Fors-major hallarının təsiri altına düşən Tərəf bu barədə digər Tərəfi belə halların başlandığı andan 10 (on) təqvim günü müddətindən gec olmayaraq yazılı bildirişlə xəbərdar etməli və bu hadisələri lazımi qaydada təsdiq edən                    yazılı sübutlar təqdim etməlidir. Digər tərəfi vaxtında xəbərdar etməmə halı fors-major halına əsaslanma hüququ vermir.

 

   9.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

     9.1. Bu Müqavilədə nəzərdə tutulmuş öhdəlikllərin tam və yaxud qismən yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasınını qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə                                öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və/və ya mənəvi (o cümlədən ədlən çıxmış fayda şəkilində olan) zərəri ödəməlidir.

     9.3. Bu Muqavilənin icrası ilə bağlı olan və tərəflərin bir-birinə təqdim edilən müəyyən texniki, maliyyə, kommersiya və digər məlumatlar tərəflərin mülahizəsi və razılığı ilə məxfi sayılır.

 

   10. MÜBAHİSƏLƏRİN HƏLLİ

    10.1.Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir;

    10.2.Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar vasitəsi ilə həll edilmədikdə, ona Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qaydasında baxılır. 

 

11.MÜQAVİLƏNİN MÜDDƏTİ, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ QAYDASI

 

 11.1.Bu müqavilə elektron şəkildə təsdiq olunduğu andan qüvvəyə minir, Tərəflər öz öhdəliklərini tam icra edənə qədər qüvvədə qalır.

   12.  MÜQAVİLƏNİN NÜSXƏLƏRİ 

     12.1 .Bu Müqavilə, “Satıcı” və  “Alıcı” arasında Azərbaycan dilində hər ikisi eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə elektron şəkildə tərtib edilmişdir, təsdiqlənmişdir, nüsxələrdən biri “Satıcı”da, digəri isə “Alıcı”nın saytda                 olan elektron kabinetdə saxlanılır.

 

 

IdeaSoft® | Akıllı E-Ticaret paketleri ile hazırlanmıştır.